Oktyabrın 4-dən etibarən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində fəaliyyət göstərən qruplarda tədris ilinə start verilib. Belə ki, 2021/2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə baş tutacaq.
Qeyd edək ki, ənənəvi olaraq, yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan öncə Bakıda keçirilən təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.
Layihə barədə ətraflı məlumatı layihənin rəsmi veb-saytında əldə edə bilərsiniz: www.icmalayihesi.edu.az