“Həqiqi ədədlər. Kompleks ədədlər. Nisbət, faiz, tənasüb” mövzusunda vebinar keçiriləcək

Tarix: 19.10.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 21 oktyabr saat 18:00-da riyaziyyat müəllimləri üçün riyaziyyat fənni üzrə “Həqiqi ədədlər. Kompleks ədədlər. Nisbət, faiz, tənasüb” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasova çıxış edəcək.

Vebinarın keçirilməsində əsəs məqsəd riyaziyyat müəllimlərinə  “Həqiqi ədədlər” və “Kompleks ədədlər” üzərində əməllərə aid  bəzi maraqlı tapşırıqların səmərəli həll üsullarını xatırlatmaqdır. Vebinarda bununla yanaşı, “Faizə aid məsələlər”də   “Məhlul”  məsələlərinin maraqlı həll yolları təqdim olunacaq.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xatırladaq ki, ARTİ daha öncə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz.

https://bit.ly/3ACWX67