22 sentyabr tarixində Təhsil və Təlimi Qiymətləndirmə Komissiyası (ETEC) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən birgə təşkil edilən, TIMSS 2019 və PISA 2018 də daxil olmaqla beynəlxalq tələbə qiymətləndirmələrindən ən son məlumatları araşdırmağı hədəfləyən bir günlük beynəlxalq vebinar keçiriləcək.
“Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər” adlı vebinarda ARTİ-nin direktor müavini Ülkər Babayeva “Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi” adlı təqdimatla çıxış edəcək.
Vebinarın birinci hissəsində dünyanın hər yerindən həm praktiklər, həm də siyasətçilər arasından bir sıra natiqlərin fikirləri səsləndiriləcək. Bunun ardınca zaman keçdikcə performansını yaxşılaşdıran ölkələr haqqında panel müzakirəsi aparılacaq. Bu ölkələrin beynəlxalq qiymətləndirmələrin nəticələrinə verdiyi cavab və rəyləri müzakirə ediləcək və bu ölkələrdə həyata keçirilən böyük sektor islahatları işıqlandırılacaq. Vebinarın üçüncü və son hissəsi İslam ölkələrinə, yəni ICESCO-ya üzv olan ərəb və qeyri-ərəb ölkələrinə həsr olunacaq. Bu sessiya, şagird nailiyyətlərinin yaxşılaşdırılması və sübuta əsaslanan siyasət qurmaq üçün beynəlxalq miqyaslı qiymətləndirmələrin istifadəsi ilə əlaqəli ümumi faktorları və bənzərsiz siyasət səylərini müəyyən etmək məqsədi ilə bu ölkələrdəki fərqli performansları müqayisə edəcək.
Vebinara qoşulmaq üçün bu keçidə daxil ola bilərsiniz: https://bit.ly/3tO4cq4