“Kibertəhlükəsizlik” təlim layihəsində iştirak etmək üçün müsabiqə elan olunur

Tarix: 21.10.2021
Paylaş:

ARTİ beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində (London King’s College, Oxford University)  tədqiqatla məşğul olan kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına start verir.                            

Layihənin məqsədi Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktik bacarıqların verilməsindən ibarətdir. 

Müsabiqədə təməl ingilis dili bilikləri olan, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilərlər. 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 26 oktyabr 2021-ci il tarixinə qədər aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.

https://forms.gle/3pAf5JZtkENY8z5D6