ARTİ-nin yeni qəbul olunmuş doktorantları üçün ənənəvi olaraq ilk seminar təşkil edilib. “İxtisasa giriş” mövzusunda ilk seminarı Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov keçib.
Seminarda doktorantura təhsilinin alqoritmi haqqında geniş məlumat verilib. Doktorantlar təhkim olunacaqları elmi şöbələr barədə məlumatlandırılıblar.
Seminarın sonunda yeni qəbul olunmuş doktorantları maraqlandıran suallar cavablandırılıb.