ARTİ-nin Metodik dəstək mərkəzi tərəfindən 24 sentyabr tarixində regionlar üzrə metodik kabinet müdirlərinin onlayn görüşü keçirilib. Görüşün aparıcısı ARTİ-nin Metodik dəstək mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov olub.
Müzakirə edilən mövzulara yeni tədris ilində metodik kabinet əməkdaşlarının fəaliyyət istiqamətləri, metodik kabinet əməkdaşları üçün nəzərdə tutulan təlimlərin təşkili, metodistlərin yaradıcı fəaliyyətə cəlb edilməsi, həmçinin fəaliyyətin hesabatlılığının təmin edilməsi daxildir.
Görüş çərçivəsində Metodik dəstək mərkəzi əməkdaşları tərəfindən regionlarda keçirilmiş görüşlərin nəticələri və həmin nəticələrə uyğun olaraq gələcəkdə görüləcək işlər barəsində məlumatlar verilib. Yekunda görüş iştirakçılarının sualları Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov və Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə tərəfindən cavablandırılıb.