Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat 7 noyabr tarixinə qədər davam edəcək

Tarix: 27.10.2021
Paylaş:

ARTİ 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. 

Müsabiqədə iştirak etmək üçün qeydiyyat ARTİ-nin Təhsil texnologiyaları mərkəzi tərəfindən 7 noyabr tarixinə qədər davam edəcək. Aşağıdakı linkdən qeydiyyat səhifəsinə keçid edə bilərsiz:    

http://ttm.edu.az/az/exam-list-detail.php?id=RTVGWUtlbTVHWUliaUQxc1J6M01nQT09  

Qeydiyyatdan keçmək qaydaları sözügedən səhifədə qısa video roliklərlə izah olunub. Hər hansı sual yarandığı təqdirdə həmin səhifədə qeyd edilən çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 

Xatırladaq ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN təşkil edir.

Şagirdlərə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlar arzu edirik!