“Pedaqogika və metodika: faydalı kitablar” mövzusunda vebinar təşkil olunub

Tarix: 28.10.2021
Paylaş:

ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) 28 sentyabr 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarı təşkil edib.

Daha öncə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması məqsədilə metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. 429 nəfər metodik kabinet əməkdaşı arasında keçirilən sorğuya əsasən müəyyən edilən mövzulara uyğun olaraq vebinar  “Pedaqogika və metodika: faydalı kitablar” mövzusunda təşkil olunub.

Respublikanın müxtəlif regionlarından 300-dən artıq metodistin qoşulduğu vebinar 2 seansda təşkil edilib. Vebinarda spiker qismində MDM-in Metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova çıxış edib.

Vebinarın əvvəlində spiker iştirakçılara Vətən müharibəsinin Anım günü ilə bağlı videoçarx təqdim edib. Vebinar müddətində iştirakçılara 10-dan artıq metodik və pedaqoji vəsait haqqında məlumat verilib. Həmçinin metodistlərin mütaliə bacarıqlarını artırmaq üçün bir neçə resurs haqqında təqdimatlar olunub. Vebinarın sonunda “Şagirdlərin uğur qazana bilməsi üçün tədris necə təşkil edilməlidir?” sualı ətrafında fikir mübadiləsi aparılıb.

Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər, Zəngilan  şəhər və rayonları üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.  

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.