“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində monitorinqlər keçirilir

Tarix: 05.11.2021
Paylaş:

ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra olunan “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində görülən işlərin qiymətləndirilməsi və lazımi düzəlişlərin vaxtında həyata keçirilməsi məqsədilə inklüziv təhsil təşkil olunan 8 ümumi təhsil müəssisəsində monitorinq aparıb.


Monitorinq zamanı məktəblərin infrastrukturunun inklüziv təhsil baxımından uyğunluğu və müvafiq ləvazimatlarla təchizatı yoxlanılıb, həmçinin tədris prosesinin təşkili, məktəb heyəti və valideynlərin inklüziv təhsilə və inklüziv siniflərə cəlb olunan şagirdlərə yanaşması müşahidə edilib. Eyni zamanda, aparılan monitorinqlər inklüziv təhsil mövzusunda və inklüziya mədəniyyətinin formalaşdırılması üçün keçirilən təlim və görüşlərin faydalılığını qiymətləndirmə imkanı yaradıb.


Monitorinqlərin ilin sonunadək davamlı şəkildə təşkil olunması nəzərdə tutulub.