“Cəbri kəsrlər” , “N-ci dərəcədən kök”, “Ədədi və həndəsi silsilələr” və “Bərabərsizliklər” mövzusunda vebinar keçiriləcək

Tarix: 15.11.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 16 noyabr saat 17:00-da “Cəbri kəsrlər”, “N-ci dərəcədən kök”, “Ədədi və həndəsi silsilələr” və “Bərabərsizliklər” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd  “Cəbri kəsrlər, “N-ci dərəcədən kök”, “Ədədi və həndəsi silsilələr”  mövzusuna dair müxtəlif növ tapşırıqların təhlilini riyaziyyat müəllimlərinin diqqətinə çatdırmaqdır. Vebinarda, həmçinin “Bərabərsizliklər” bölməsindən bərabərsizliklərin müxtəlif növlərinə aid maraqlı məsələlər təqdim olunacaq.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.