ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri genişləndirilir. Bu əməkdaşlıq çərçivəsində ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov ilə Naxçıvan Muxtar Respublikasının şəhər və rayon metodik kabinet əməkdaşları arasında 17 noyabr tarixində görüş keçirilib. Görüş zamanı müxtəlif suallar müzakirə olunub. Metodistlərin peşəkarlıq səviyyəsinin artırılması, müəllimlərə metodik dəstəyin effektiv şəkildə qurulması və müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Gələcəkdə ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlığa uyğun olaraq pedaqoji heyət üçün müxtəlif istiqamətlərdə təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.