ARTİ-nin əməkdaşları birgə beynəlxalq tədqiqatlarda iştirak edirlər

Tarix: 19.11.2021
Paylaş:

ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Hümeyir Əhmədov və şöbənin əməkdaşı Aynur Əlimuradovanın “Использование возможностей электронных ресурсов обучения в период пандемии” adlı məqaləsi 2021-ci ildə  “Муниципиальное образование: инновации и эксперимент” (2021, № 1 (76) С.15-23) adlı elmi nəşrdə çap olunub.

Məqalə Rusiya Federasiyasında oxucular tərəfindən maraqla qarşılanıb və azərbaycanlı alim Hümeyir Əhmədov rusiyalı həmkarları Oleynev S.M və digərlərindən birlikdə tədqiqat aparmaq təklifi alıb.

Birlikdə aparılmış tədqiqatın nəticəsi dövri elmi nəşrlərin daxil olduğu Beynəlxalq xülasələndirmə və indeksləmə (Scopus və Clarivate Analytics indexed) bazasına daxil olan “Revista Universidad y Sociedad” (13 (6). 225-231) elmi nəşrində “Problems of implementing distance learnig technologies in classical choreographic education” adlı məqalə kimi çap olunub.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.

https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2386/2346