ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 22 noyabr saat 17:00-da “Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çətin və orta tipli test tapşırıqlarının izahı” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində 163 nömrəli tam orta məktəbin tarix müəllimi, Azərbaycan Universitetinin doktorantı, dərslik müəllifi Ramil Tanrıverdi çıxış edəcək.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.