“MİQ imtahanını əhatə edən müəyyən çətinlikli sualların izahı” mövzusunda vebinar keçiriləcək

Tarix: 24.11.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 25 noyabr saat 17:00-da “MİQ imtahanını əhatə edən müəyyən çətinlikli sualların izahı” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Masazır kənd 4 saylı tam orta məktəbin direktor əvəzi və ingilis dili müəllimi Elşən Qurbanov çıxış edəcək. Elşən Qurbanov bakalavr təhsilini Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatı müəllimi” ixtisası, magistr təhsilini isə “Xarici ölkələr ədəbiyyatı” ixtisası üzrə alıb. O, orta məktəb kurikulumunu əhatə edən 10-dan çox kitabın müəllifidir. İngilis dilinin öyrənilməsi və öyrədilməsi mövzusunda Azərbaycan və Türkiyədə müxtəlif konfrans, təlim və seminarlarda iştirak edib. 

Vebinarın keçirilməsində məqsəd MİQ imtahanlarında ingilis dili fənni üzrə iştirak edəcək namizədlərə dəstək göstərməkdir.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.