“Fonetika, leksika, söz yaradıcılığı” mövzusunda vebinar keçiriləcək

Tarix: 26.11.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 30 noyabr saat 17:00-da “Fonetika, leksika, söz yaradıcılığı” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq “Fonetika, leksika və söz yaradıcılığı” mövzusuna dair müxtəlif növ tapşırıqların təhlilini ibtidai sinif müəllimlərinin diqqətinə çatdırmaqdır.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.