6-13 dekabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində VI Meqapolislər olimpiadası keçiriləcək.
Olimpiadanın onlayn şəkildə təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.
Ölkəmiz bu yarışda riyaziyyat, informatika, kimya və fizika fənləri üzrə hər birindən 2 iştirakçı olmaqla təmsil ediləcək. Həmin şagirdlərin siyahısını aşağıda təqdim edirik:
Sadıq Sadıqzadə | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi | Fizika fənni üzrə |
Eşqin Alıyev | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi | Fizika fənni üzrə |
Elçin Musazadə | Bakı şəhəri, 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi | Riyaziyyat fənni üzrə |
Toğrul Abbasov | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi | Riyaziyyat fənni üzrə |
Nəriman Şirinli | BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi | Kimya fənni üzrə |
Əli Bağırov | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi | Kimya fənni üzrə |
Səid Nəsibov | Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi | İnformatika fənni üzrə |
Fidan Hüseynova | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi | İnformatika fənni üzrə |