Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə noyabr ayının 29-u 2021-ci il tarixində “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı başa çatıb.
Konfransın “Azərbaycanın distant təhsil təcrübəsi” adlı panel müzakirəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, ARTİ-nin direktoru Rüfət Əzizov və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Ümumi şöbəsinin müdiri Fidan Nəcəfova çıxış ediblər.
Daha sonra “Məsafədən təhsil dövründə ali və orta ixtisas təhsili müəssisələrinin təcrübəsi” adlı sessiyada ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı məruzə ediblər.
Konfransda, həmçinin “Distant təhsildə öz-özünə öyrənmə və ömürboyu təhsil meyilləri” adlı sessiyada ADA Universitetinin müəllimi Ramil Mustafayev, “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili ilə bağlı metodik vəsait”in təqdimatı ilə ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin baş mütəxəssisi Həsən Əlili və aparıcı mütəxəssisi Əli Tağıyev, “Distant təhsildə keyfiyyət təminatı” adlı panel müzakirəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov, “Ənənəvi təhsildən distant təhsilə keçid: Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsi” sessiyasında ADİU-nun Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov, “Rəqəmsal öyrənmə platformalarının imkanları və məhdudiyyətləri: ADA Universitetinin təcrübəsi” sessiyasında ADA Universitetinin Tədris işləri şöbəsinin müdiri və “Blackboard” öyrənmə platformasının tətbiqi üzrə layihə rəhbəri Samirə Rəsulova, “Virtual beynəlxalq təcrübə” sessiyasında ADA Universitetinin Qlobal tərəfdaşlıq və mübadilə proqramları ofisinin rəhbəri Milana İbrahimova, “Elektron öyrənmə platformalarının bazarda artan rolu” adlı panel müzakirəsində ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova, “Safavy.org” onlayn təhsil platformasının həmtəsisçisi və direktoru Könül Quliyeva, “Khan Academy Azərbaycanca”nın rəhbəri Leyla Qasımova və “Microsoft Azerbaijan”nın təhsil həlləri üzrə mütəxəssisi Emin Axundov, “Distant təhsildə tələbələr” adlı panel müzakirəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Mirzəzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə milli prezidenti Ramiyyə Şahgəldiyeva, “Distant təhsildə uğurlu dünya təcrübəsi və onun Azərbaycanda mümkün tətbiq perspektivləri” adlı panel müzakirəsində “edX” öyrənmə platformasının qlobal biznesin inkişafı üzrə direktoru John Schwartz və Çankaya Universitetinin Elm və Ədəbiyyat fakültəsinin dekanı Buket Akkoyunlu çıxış ediblər.
Bundan əlavə, konfrans çərçivəsində keçirilən “Distant təhsil və pedaqogika” təlimi ADA Universitetinin baş müəllimləri Ülviyyə Mikayılova və Samirə Hacıyevə tərəfindən aparılıb.
Konfransda 900-dən çox şəxs iştirak edib.