“Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı təlimlər yekunlaşıb

Tarix: 07.12.2021
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlər yekunlaşıb.

17-30 noyabr tarixlərində Mərkəzin əməkdaşları Nigar Əhmədzadə, Lətafət Cütcüzadə, Ayşə İsmayılova, Cəlalə Yahyalı, Cəmilə Kazımovanın təqdimatında  Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonları, həmçinin Abşeron, Sumqayıt, Gəncə, Xaçmaz, Ucar, Oğuz, Şəmkir rayonları üzrə təlimlər keçirilib.

Təlimlərə ümumilikdə  218 nəfər metodik kabinet əməkdaşı və müəllim qoşulub.

Qeyd edək ki, təlimlər mərhələli şəkildə 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilib.