“Sinfin səmərəli idarə edilməsi” mövzusunda vebinar keçiriləcək

Tarix: 08.12.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 9 dekabr tarixində saat 17:00-da “Sinfin səmərəli idarə edilməsi” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində ADA məktəbinin Azərbaycan dili və ədəbiyyat departamentinin rəhbəri və müəllimi, gənc alim və tədqiqatçıların qrant layihələrinin qiymətləndirilməsi üzrə müstəqil elmi ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun V qrant müsabiqəsinin qalibi Esmira Tahirova çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.