Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq həyata keçirilir.

Tarix: 09.12.2021
Paylaş:

1-20 dekabr tarixlərində ARTİ tərəfindən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq həyata keçirilir.

Monitorinqlərin keçirilməsində məqsəd 3 və 4-cü siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili), riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin tətbiqi zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərin müəllimlərinin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərinin öyrənilməsi, şagirdlərin dərslikdəki mövzuları nə dərəcədə mənimsədiklərini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq.

Qeyd edək ki, monitorinqlər Bakı, Abşeron, Sumqayıt, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Xaçmaz (Xudat), Quba, Qusar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Goranboy, Gəncə, Göygöl şəhər və rayonlarının seçilmiş məktəblərində keçiriləcək.