ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova tərəfindən 14 dekabr tarixində ADPU-nun Sabah qrupunun 4-cü kurs tələbələrinə “İbtidai sinif səviyyəsində Azərbaycan dili fənninin məzmunu: mətn və yazı üzrə işlərin təşkili” mövzusunda seminar keçirilib.
Seminarın məqsədi tələbələri Azərbaycan dili fənninin məzmunundakı yeniliklərlə tanış etmək olub. Məqsədə uyğun olaraq tələbələrə nəzəri biliklər ötürülüb və paraktik tapşırıqlarla müxtəlif mövzularda müzakirələr aparılıb.