“Molekulyar kinetik nəzəriyyənin əsasları. Termodinamika.” mövzusunda vebinar keçiriləcək

Tarix: 21.12.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 22 dekabr tarixində saat 17:00-da “Molekulyar kinetik nəzəriyyənin əsasları. Termodinamika.” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi, müəllimlər və yuxarı sinif şagirdləri  üçün fizikadan əlavə dərs vəsaitinin müəllifi Şəmsəddin Qurbanov çıxış edəcək.

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.