H.Qardnerin “Çoxnövlü intellekt nəzəriyyəsi” mövzusunda vebinar keçiriləcək

Tarix: 22.12.2021
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 23 dekabr saat 17:00-da H.Qardnerin “Çoxnövlü intellekt nəzəriyyəsi” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.