23 dekabr 2021-ci il tarixində görkəmli alim Lütfi Zadə adına beynəlxalq olimpiada informatika fənni üzrə 16 ölkədən 93 şagirdin iştirakı ilə onlayn formatda keçirilib.
Azərbaycan məktəbliləri olimpiadaya ADA Universitetindən qoşulublar.
Qeyd edək ki, iştirakçılara həll etmək üçün 4 tapşırıq və 5 saat vaxt verilib.
Nəzərinizə çatdıraq ki, olimpiada Təhsil Nazirliyinin və ARTİ-nin təşkilatçılığı ilə həyata keçirilir.