Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatının könüllüləri aktiv fəaliyyətlərinə və eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) tədbirlərində dəstək üçün ARTİ-nin direktoru Rüfət Əzizov tərəfindən mükafatlandırılıb.
Rüfət Əzizov bildirib ki, könüllülük bir neçə mühüm məqamdan ibarət olan çox vacib bir fəaliyyətdir. O qeyd edib ki, könüllülük fəaliyyəti ilə məşğul olarkən gənclər həm təşkilati məsələlərdə, həm də insanlarla ünsiyyətdə təcrübə qazanırlar. R.Əzizov, həmçinin könüllülərə ARTİ-nin fəaliyyət istiqamətləri haqqında qısaca məlumat verib.
ARTİ-də baş tutan görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, “Bir könüllü” təşkilatının könüllüləri və ARTİ-nin əməkdaşları iştirak edib.
Könüllülərə tədbirdə göstərdikləri təşkilati dəstəyə görə sertifikatlar təqdim olunub.