“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri bəlli oldu.
15.12.2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilmişdir.
Müsabiqənin ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.
“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnləri olmaqla 5 (beş) fənn üzrə keçirilmişdir.
3 saat davam edən müsabiqədə iştirakçılara cavalandırmaq üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqları təqdim edilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların bu sahədə olan fəaliyyətlərini dəstəkləmək və yeni fəaliyyətlərə cəlb etməkdir.
Müsabiqə Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilmişdir.