Lütfi Zadə Beynəlxalq Olimpiadası başa çatıb

Tarix: 28.12.2021
Paylaş:

Riyaziyyat və informatika fənləri üzrə 20-25 dekabr 2021-ci il tarixlərində Lütfi Zadə Beynəlxalq Olimpiadası keçirilib. Olimpiada onlayn formatda baş tutub.

Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən olmaqla 158 məktəbli qatılıb. Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürünc medal qazanıb.

Azərbaycan məktəbliləri isə Lütfi Zadə Beynəlxalq Olimpiadasında riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə isə 4 bürünc medal əldə edib. 

Olimpiadanın nəticələrinə baxmaq üçün:/nodupload/editor/files/ILO-2021-Final-Results.pdf

Daha ətraflı məlumat əldə etmək üçün:https://www.lotfizadeh.org