ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir
ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin bütün pillə və səviyyələri üzrə müxtəlif mövzularda tədqiqat təkliflərini qiymətləndirir və tədqiqatlar aparır, həmçinin tədqiqatların icrasına nəzarəti həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Tədqiqat istiqaməti üzrə elmi yenilikləri və trendləri izləmək;
- Tədqiqat təklifləri hazırlamaq;
- Təhsilin müxtəlif pillə və səviyyələri üzrə fərqli mövzularda tədqiqatlar (nəzəri və tətbiqi) aparmaq;
- Datanın (məlumat) yığılması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
- Data təhlilinin nəticələri əsasında hesabatlar hazırlamaq;
- Multidisiplinar xarakterli tədqiqat layihələrinin icrası zamanı komandalarda iştirak etmək.
Tələblər:
- Təhsil istiqamətində ali təhsil (minimum magistratura);
- Təhsil sahəsində minimum 3 il təcrübə;
- Tədqiqat metodlarını peşəkar səviyyədə bilmə və tətbiq etmə;
- Data analizi proqramları haqqında məlumatlı olma və istifadə edə bilmə;
- Yerli və beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrə sahib olma;
- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Analitik və strateji düşünmə və problem həll etmə bacarığı;
- Müstəqil və komanda mühitində işləmək bacarığı;
- Təşəbbüskarlıq bacarığı.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 31.01.2022-ci il tarixinədək CV-lərini research@arti.edu.az elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.