Finance & Banking Campus 2022 layihəsi keçiriləcək

Tarix: 30.01.2022
Paylaş:

Finance & Banking Campus 2022 Azərbaycan gənclərinin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş təşəbbüsdür.

Bu tədbir azərbaycanlı gəncləri məlumatlandırmaq və ruhlandırmaq, o cümlədən gənc mütəxəssislər və təcrübəli məruzəçilər arasında qarşılıqlı əlaqə və şəbəkələşmə imkanları yaratmaq məqsədi daşıyır. Kampus 1-5 avqust 2022-ci il tarixində baş tutacaq.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər.

Bildirmək istərdik ki, Kampusda iştirak etmək üçün ehtiyacı olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.

Müraciət üçün son tarix: 1 Mart 2022-ci il.

Kampus haqqında ətraflı məlumat və müraciət etmək üçün linkə daxil ola bilərsiniz:

https://bit.ly/3gbz0el