Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Tarix: 31.01.2022
Paylaş:

22 yanvar 2022-ci il tarixində Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib, yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı olimpiada.edu.az saytı vasitəsilə elan olunub.

RFO-nun rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından və ümumtəhsil müəssisələrindən əldə edə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, rayon (şəhər) mərhələsi ilə bağlı ərizələr 3 (üç) iş günü ərzində qəbul edilir.
 
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
 
Qeyd edək ki, RFO  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
 
Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!