“Məktəbdə şagirdlər arasında yaranan zorakılıq” adlı məqalə

Tarix: 01.02.2022
Paylaş:

Məktəbdə şagirdlər arasında yaranan zorakılıq

             Hər birimiz məktəbdə oxuduğumuz illərdə kimlərinsə zorakılıqdan əziyyət çəkdiyinin şahid olmuşuq. Məktəb şagirdlərə akademik bilik verməklə yanaşı,  özünə və başqalarına hörmətlə yanaşmağı formalaşdıran bir mərkəzdir. Hər bir uşağın və gəncin təhlükəsiz məktəb şəraitində təhsil hüququ vardır. Ancaq məktəblərdə baş verən zorakılıq faktları bu təhlükəsiz şərait anlayışına uyğun gəlmir.

    Zorakılıq nədir? Zorakılıq güclü olan birinin öz qazancı və məmnuniyyəti üçün ona qarşı gələ bilməyəcək qədər gücsüz birinə təkrarlanan və incidici şəkildə sözlü, fiziki, psixoloji, sosial istismar fəaliyyətidir. Cinsiyyətindən, yaşından, dinindən, irqindən, sosio-ekonomik vəziyyətindən asılı olmayaraq dünyada bir çox insan  zorakılıqdan əziyyət çəkmiş və çəkməkdədir. Bütün dünya üzərində yayılan zorakılığın məktəblərdə də çoxalması uşaq və gənclərin fiziki və psixo-sosial sağlamlıqlarını təhdid edir. Aparılan müxtəlif araşdırmalarda zorakılığın uşaqlar üçün ciddi bir travma olduğu, nəticələrinin sadəcə məktəb dövrü boyunca deyil, həyatları boyunca davam etdiyi və cəmiyyətin də bundan mənfi şəkildə təsirləndiyi qənaətinə gəlinmişdir.

            Məktəbdə baş verən zorakılıq hər hansı bir təhrik edici ünsür olmadan qeyri-bərabər gücə sahib olan  uşaqlardan güclünün zəif olan qarşı tərəfdə qorxu, qayğı yaratmaq  və ona zərər vermək  məqsədi ilə qəsdən, müəyyən zaman aralıqları ilə təkrarlanan şəkildə əl atdığı fiziki və psixoloji istismarı əhatə edir. Ümumiyyətlə bir davranış zorakılıq olaraq adlandırılması üçün aşağıdaki xüsusiyyətlərə malik olmalıdır:

            Zorakılığın növləri

Aparılan tədqiqatlara baxsaq zorakılığın 2 cür sinifləndirildiyini görə bilərik:

1. Fiziki və verbal zorakılıq

2. Birbaşa və dolayı zorakılıq

Fiziki zorakılıq: Vurmaq, döymək, itələmək, saç yolmaq, dürtmək, təpik atmaq, otağa bağlamaq, qorxudaraq zorla qurbanın puluna, şəxsi əşyasına əl qoymaq ya da zərər vermək və s.

Verbal zorakılıq: Pis ləqəb qoymaq, təhdid etmək, ələ salmaq, təhqir etmək, sataşmaq, cinsi istismar edici sözlər demək, qurban haqqında şayələr yaymaq və s.

1980-ci illərdə məktəbdə yaşanan zorakılıq yuxarıda qeyd olunan şəkildə sinifləndirilirdi. Ancaq indiki dövrdə tədqiqatçılar daha çox birbaşa və dolayı zorakılıq terminlərindən istifadə edirlər.

Birbaşa zorakılıq: Zorakılığın bu növündə güclü olan tərəfin gücünü və hakimiyyətini qurbanın üzərində birbaşa və açıq şəkildə  göstərmə istəyi var. Zorakılığa məruz qalan şəxs bunu edənin kim olduğunu bilir. Qurban və zorakılığı edən şəxs qarşı-qarşıyadır. Birbaşa zorakılıq döymək, itələmək, vurmaq, çimdikləmək kimi fiziki istismarı, təhqir etmə və alçaltma kimi sözlü zorakılığı, çirkin üz ifadələri və hədələyici, təhqir edici əl qol hərəkətlərini əhatə edir. Bu zorakılıq növü daha çox oğlanlar tərəfindən həyata keçirilir.

Dolayı zorakılıq: Qurbanın başqaları ilə qurduğu dostluq münasibətlərinə mənfi şəkildə təsir etmək ya da münasibətlərini pozmaq, iqnor etmək, qruplara qəbul etməyərək sosial olaraq təcrid etmək, məktəbin müxtəlif yerlərinə (qapılara, divarlara) qurbana ünvanlanmış təhqiramiz və təhdidedici sözlər yazmaq, internət üzərindən edilən siber zorakılıq, pis niyyətli telefon zəngləri və s. kimi davranışlar zorakılığın bu növünə daxildir. Bu növdə üçüncü şəxsin də olması və qurbanın zorakılığı edəni tam olaraq tanımaması əsasdır. Məqsəd birbaşa incitməkdən çox qurbana dostları arasında sözlü ifadələrlə, şayələrlə zərər verməkdir. Dolayı zorakılığın daha çox qızlar arasında istifadə olunması bir çox tədqiqatda sübut edilmişdir.

Zorakılıq adı altında yuxarıda qeyd olunmuş bu davranışlar fərdi ya da qrup şəklində tətbiq edilir.  

            Zorakılıq edənin və qurbanın xüsusiyyətləri:

            Zorakılıq edən şəxslər yaşıdları ilə yanaşı  valideylərinə, müəllimlərinə və digər yetkinlərə qarşı aqressiv olur və insanlar üzərində hakimiyyətini, gücünü hiss etdirmə və onları manipulyasiya etmə ehtiyacı duyur. Onlar başqalarının yaralanmağından, çəkdiyi əziyyətlərdən həzz alırlar.  Özlərini idarə etmə bacarıqları çox zəifdir. Qurbanlarına qarşı empatiya qurma bacarıqları yoxdur və özlərini müdafiə edərkən qurbanın onu hər hansı bir yolla qıcıqlandırdığını iddia edirlər. Adətən öz aqressiyalarının nə dərəcədə güclü olduğunun fərqində olmurlar. Aparılmış tədqiqatlar göstərir ki, bu şəxslər evlərində daha çox fiziki cəzalara məruz qalmış və problemlərin öhdəsindən  şiddət göstərərək gəlməyi öyrənmişlər.Valideynlərindən isə diqqət və isti münasibət  görməmişlər. Adətən yaşıdları arasında populyar olurlar və yanlarında ən az 2-3 nəfərdən ibarət olan və onları dəstəkləyən ya da onlar kimi olmağa çalışan kiçik qrupları olurBu şəxslər məktəb qaydalarına əməl etmir, tapşırıqlardan qaçır, müəllimlərinə,valideynlərinə və digərlərinə  qarşı  inadkar, müxalif davranışlar sərgiləyir.

            Bilinənin əksinə, zorakılıq edənlərin qayğı səviyyələri az, özgüvənləri isə yüksək olur. Onların özlərini pis hiss etdikləri üçün kimisə incitməsi ilə bağlı düşüncələri doğrulayan çox  az tədqiqat nəticələri var.

            Qurban rolunda olan şəxslər isə tipik olaraq yüksək səviyyədə qayğılı, ətrafa qarşı güvənsiz, ehtiyyatlı, zəif özgüvənli olurlar. Uşaqlar aşağı siniflərdə şiddətə məruz qaldıqları zaman  daha çox ağlamağa və geri çəkilməyə meyilli olurlar. Çox nadir hallarda özlərini qoruyur və qarşılıq verirlər. Sosial bacarıqları zəif olan bu uşaqlar özlərini cəmiyyətdən təcrid edirlər. Adətən həddindən artıq qoruyucu ailəyə sahib olan bu uşaqlar  valideynlərinə daha çox bağlı olurlar. Uşaqların əksəriyyəti passif və itaətkar bəziləri isə aqressiv xüsusiyyətlərə malik olurlar. Aqressiv xüsusiyyətlərə malik olan qrupu Olweus təhrik edici qurbanlar olaraq adlandırır. Ətrafında baş verənlərə həm qayğılı həm də aqressiv şəkildə reaksiya vermək bu uşaqların tipik xüsusiyyətidir.

            Zorakılığa səbəb olan faktorlar

            Bu faktorları uşağın özündə var olan (özünə hörmət səviyyəsinin yüksək ya da aşağı olması, yüksək aqressiya, xarakter xüsusiyyətləri və s.) və çevrədən (ailə və məktəb) qaynaqlanan faktorlar olaraq ikiyə bölmək olar. Zorakılığın səbəbləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, zorakılığın yaranmasında ətraf mühit uşağın öz şəxsi keyfiyyətlərindən daha çox rol oynayır.

Olweusa görə aşağıdakı faktorların uşaqda aqressiya və zorakılıq davranışlarının yaranmasında böyük rolu var:

1. İnkişafın ilk illərində valideynlərin uşağa qarşı  emosional reaksiyaları çox önəmlidir. Diqqət və isti münasibətin əksikliyi uşaqların gələcəkdə aqressiv davranışlar sərgiləməsinə və ətrafındakı insanlara nifrət bəsləməsinə səbəb ola bilər.

2. Uşağa hər şeyi icazə verərək həddindən artıq azadlıq vermək də önəmli bir faktordur. Uşaq yaşıdlarına, qardaş-bacısına zorakılıq etdiyi zaman qarşısının alınmaması, sərhədlərin qoyulmaması sonrakı zamanlarda  zorakılıq davranışlarına səbəb ola bilər.

3. Valideynin fiziki cəzalardan istifadə etməsi də risk yaradan faktordur. Bu şiddətin şiddətə yol açdığını göstərir.

4. Uşağın temperamenti də bu faktorlardan biridir. Aktiv və tez əsəbləşən temperamentə sahib olan uşağın zorakılıq etmə ehtimalı sakit temparamentli   uşaqdan daha çoxdur. Ancaq bu faktorun təsiri digərlərindən daha azdır.

            Zorakılığın nəticələri

            Məktəbdə şagirdlər arasında yaşanan zorakılığın həm bunu edən, həm də buna məruz qalan uşaqların həyatına böyük mənfi təsiri var. Aşağıda zorakılıq edən şagirdlərin yetkinlik dövründə ortaya çıxma ehtimalı olan problemlər ilə bağlı bəzi tədqiqat nəticələri qeyd olunmuşdur:

Zorakılığa məruz qalmağın nəticələri isə bunlardır:

            Məktəblərdə zorakılıq ilə mübarizə

            Bir çox ölkədə zorakılığın qarşısının alınması üçün proqramlar mövcuddur ki, bunlardan bəziləri ya sadəcə zorakılıq edən, ya da sadəcə buna məruz qalan şagirdlərə fokuslandığı halda digərləri bu problemi hərtərəfli şəkildə ələ alır.

            Zorakılığın qarşısının alınması ilə aparılan tədbirlər dəyərləndirmə, qarşısını alma və müdaxilə etmə kimi fəaliyyətlərdən ibarət olmalıdır. Proqramın ilk mərhələsi ətraflı, düzgün şəkildə dəyərləndirmələr aparmaqdan ibarətdir. Dəyərləndirmələr təbii şəraitdə aparılan müşahidələr, şagirdlərlə aparılan planlaşdırılmış və planlaşdırılmamış görüşlər, testlər, anketlər, müəllimlərlə aparılan görüşlər ilə aparıla bilər. Bu dəyərləndirmələr diqqətlə planlaşdırılmalı, müdiriyyət, müəllimlər və psixoloqlar kimi peşəkarlar tərəfindən tətbiq olunmalıdır.

            Zorakılığın qarşısının alınması üçün həm  isti, səmimi bir münasibətin olması, həm də yanlış davranışların uyğun metodlarla qarşısının alındığı bir məktəb və ailə şəraitinin yaradılması çox önəmlidir. Tətbiq olunan qayda qanunlar nifrət yaradacaq tərzdə olmamalı, fiziki cəzalar tətbiq edilməməli və görülən hər bir işdə tutarlılıq olmalıdır. Dəyərlənlənirilməyə alınmış şagirdlərin məktəb və məktəb xaricindəki fəaliyyətləri gizli şəkildə izlənməli və idarə edilməlidir. Müəllimlər və valideynlər zorakılıq edən şagirdlərin qarşısında avtoritetliyini qoruyub saxlamalıdır.

            Zorakılığa məruz qalan şagirdlər isə adətən yaşıdlarına görə fiziki olaraq zəif, cılız olurlar və bəzi xüsusiyyətlərinə görə ( kəkələmə, eynək taxmaq , öyrənmə çətinliyi yaşamaq və s.) yaşıdlarından fərqlənirlər. Bu xüsusiyyətlər onların zorakılığa məruz qalmalarına şərait yarada bilər. Şagirdlərə bu kimi xüsusiyyətlərinin fərqinə varma və zorakılıqla başa çıxma strategiyaları öyrətmək lazımdır. Təbii ki, bəzi şəxsi xüsusiyyətləri dəyişdirmək mümkün deyil, ancaq bunun yerinə şagirdə zorakılığa məruz qaldığı zaman doğru şəkildə davranmaq və uyğun yolla bundan qorunmaq öyrədilməlidir.

 Zorakılığa məruz qalmış bir pasientim haqqında qısa məlumat:

            Kəkələmədən əziyyət çəkən 9 yaşlı E.Ş fiziki güc və akademik bacarıqları baxımından sinif yoldaşlarından zəifliyi ilə fərqlənirdi. O, sinifdə bir qrup tərəfindən 2-3 il ərzində zorakılığa məruz qalmışdır. Seanslara başlayarkən özünə inamı olduqca zəif idi. Məktəbdə yaşadığı problemləri kiminləsə bölüşdüyünü soruşduqda sadəcə bir dəfə valideynləri ilə paylaşdığını dedi. Daha sonra müəlimlərin də bununla bağlı heç bir şey etmədiyini görüb başına gələcəkləri qəbul edərək məcbur şəkildə məktəbə davam etdiyini bildirdi. Seanslar zamanı onun müəyyən bacarıqlara yiyələnməsi, özgüvəninin artırılması təmin olundu. Valideynləri zorakılıqla bağlı maarifləndirildi. O zamankı şəraitdən dolayı məktəb müəllimləri ilə ünsiyyətə girmək və E.Ş.nı sinifdə müşahidə etmək çox təəssüf  mümkün olmadı. Bu problemin göz ardı edilməsi və vaxtında bununla bağlı müdaxilələrin olmaması E.Ş.nın akademik və sosial bacarıqlarına böyük mənfi təsir göstərmiş, həyəcan və qayğı pozuntusu, özgüvən əskikliyi yaşamasına səbəb olmuşdur.

            Məktəblərdə şagirdlər arasında yaşanan zorakılığın qarşısını almaq üçün məktəbdəki bütün əməkdaşlar (müdiriyyət, müəllimlər, psixoloqlar və s.), valideynlər və şagirdlər maarifləndirilməli, zorakılığa məruz qalan şagirdlər yaşadıqları problemi paylaşması üçün cəsarətləndirilməli və effektiv bir proqramla problemin qarşısı alınmalıdır.

Hazırlayan: ARTİ-nin MDPİM mərkəzinin Əlavə təhsilin təşkili şöbəsinin əməkdaşı Cəmilə Həsənova

İstifadə olunan mənbələr:

1Banks, R. (1997). Bullying in schools. www.vtaide.com/png/ERIC/Bullying-in-Schools.htm

2. Brockenbrough, K.K., Cornell, D.G. and Loper, A.B. (2002). Aggressive attitudes among victims of violence at school. Education and Treatment of Children, 25(3), 273-287

3. Crothers, L.C. and Levinson, E.M. (Fall-2004). Assessment of bullying: A review of methods and Instruments. Journal of Counseling & Development, 82, 496-503. 

4. Gökler, R. (2009). Okullarda akran zorbalığı. Uluslararası İnsan Bilimleri Dergisi.

5.ÖzdinçerArslan S. Savaşer S. (2009). OKULDA ZORBALIK .MilliEğitimDergisi , 39 (184) , 218-227

6.www.det.nsw.edu

7.Gökler, R. (2009). Okullarda akran zorbalığı. Uluslararası İnsan Bilimleri Dergisi.