Qış Düşərgəsi (Winter bootcamp) start götürüb

Tarix: 06.02.2022
Paylaş:

ARTİ-nin təşkilatçılığı ilə Quba rayonunda həyata keçirilməkdə olan Qış Düşərgəsi (Winter bootcamp) fevral ayının 5-dən start götürüb.

Düşərgənin açılışında ARTİ-nin direktoru Rüfət Əzizov da iştirak edib. O, tələbələrə təqdimatında riyaziyyat elminin əhəmiyyəti, riyaziyyat və iş dünyası arasındakı əlaqədən danışıb, riyaziyyatın həyatla əlaqəsini interaktiv şəkildə izah edib. Daha sonra dizayn təfəkkürü və onun hissələri haqqında çıxış edib, ənənəvi təfəkkürün fərqlərini izah edib. Həmçinin əzmkarlıq və mükəmməllik, proseslərin standartlaşdırılması və prosedurlar haqqında danışaraq müxtəlif beynəlxalq idarəetmə və keyfiyyətə nəzarət sistemlərindən nümunələr verib.


Düşərgədə gün boyunca maraqlı və əyləncəli tanışlıq, komanda oyunları ilə tələbələr arasında informasiya mübadiləsi həyata keçirilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib.


Qeyd edək ki, 5 fevral tarixindən etibarən başlayan Qış düşərgəsi (Winter bootcamp) 13 fevral 2022-ci il tarixinə kimi Quba rayonunda keçiriləcək.