ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 11 fevral saat 17:00-da biologiya fənni üzrə “İnsan və onun sağlamlığı” mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, dərslik müəllifi, “Tərəqqi” medalına layiq görülmüş Nüşabə Məmmədova çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.