Qazaxıstanda 15-23 fevral tarixləri arasında Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunacaq.
Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək. Şagirdlərin olimpiadaya hazırlıq prosesinin intensivləşdirilməsi, olimipada qabağı motivasiyalarının artırılması məqsədi ilə 3-13 fevral tarixləri arasında ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində intensiv dərslər və sosial fəaliyyətləri əhatə edən qış kampı təşkil olunur.