Finance & Banking Campus 2022 Azərbaycan gənclərinin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş təşəbbüsdür.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər.
Kampus çərçivəsindəki ilk seminarın spikeri Avropa Maliyyə Xidmətləri sektorunda ixtisaslaşmış “AnaCap” özəl kapital fondunun idarəçi direktoru Camal İsmayılovdur. “AnaCap”dan əvvəl o, “Oliver Wyman” qlobal konsaltinq şirkətinin şəriki olub. C.İsmayılov hal-hazırda həmçinin Exeter Universitetində müəllim kimi fəaliyyət göstərir.
Seminarda C. İsmayılov “VC & PE dünyasının aydınlaşdırılması” mövzusunda çıxış edəcək. İki saat ərzində nəzərdə tutulan seminar özəl kapital bazarlarının genləri, onların tarixi və ən son inkişafları da daxil olmaqla, vc və pe maliyyələşdirmə sferasını əhatə edəcək. Seminar həmçinin yeni və mövcud müəssisələrin şəxsi kapitala necə çıxış əldə etməsini, habelə VC və PE fondlarındakı karyera seçimlərini işıqlandıracaq.
Bildirmək istərdik ki, kampusda iştirak etmək üçün ehtiyacı olan tələbələrə maliyyə dəstəyinin ayrılması nəzərdə tutulub.
Kampus haqqında ətraflı məlumat və müraciət etmək üçün linkə daxil ola bilərsiniz:
Müraciət üçün son tarix: 1 Mart 2022-ci il.