“Kimyəvi tarazlıq” və “Məhlullar” mövzuları üzrə vebinar keçiriləcək

Tarix: 11.02.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 14 fevral tarixində saat 16:00-da “Kimyəvi tarazlıq” və “Məhlullar” mövzuları üzrə keçiriləcək.

Vebinarın keçirilməsində məqsəd adını qeyd etdiyimiz mövzular üzrə çətin hesablama tapşırıqlarının həll edilməsidir.

Vebinarda spiker qismində Bakı Mühəndislik Universiteti, Pedaqoji fakültənin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Elşad Abdullayev çıxış edəcək.
 

Vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.