RFO-nun yarımfinal turu keçiriləcək

Tarix: 14.02.2022
Paylaş:

Cari tədris ili üçün 27 fevral tarixində RFO-nun respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Yarımfinal tur Bakı şəhərində 5, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 24 mərkəz olmaqla ümumilikdə 30 mərkəzdə təşkil ediləcək.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ,fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.

RFO-nun respublika mərhələsinin yarımfinal turunda iştirak etmək üçün şagirdlər 14-18 fevral tarixi arasında buraxılış vərəqəsini əldə edə bilərlər. Şagirdlər qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqəsini yükləyə və çap edə bilərlər. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.

Qeyd edək ki, informatika fənnindən iştirak edəcək şagirdlər 21 fevral tarixindən etibarən buraxılış vərəqəsini əldə edə biləcəklər. İmtahan 8 mart tarixində keçiriləcək.

Xatırladaq ki, RFO-nun rayon (şəhər) mərhələsi yanvarın 22-də keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər iştirak etmək hüququ qazanıb. Bu mərhələdə 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10 və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1888 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə təşkil edir.

Respublika fənn olimpiadaları Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı, “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.