“Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına start verilib

Tarix: 15.02.2022
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına start verib.

Təlim zamanı tələbələrə “Kibertəhlükəsizliyə giriş”, “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri”, “Veb aplikasiyaların nüfuzetmə testləşdirilməsi” modulları tədris olunacaq.

Təlimlərin ilk 2 həftəsi oflayn qaydada olaraq ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində quraşdırılan kibertəhlükəsizlik laboratoriyasında, növbəti həftələrinin isə onlayn olaraq təşkil olunacağı gözlənilir. 

Qeyd edək ki, təlimlər beynəlxalq təcrübəyə malik olan kibertəhlükəsizlik ekspertləri tərəfindən tələbələrə tədris olunur.