Benjamin Blum “İdrak taksonomiyası” və təlimdə tətbiqi mövzusunda vebinar

Tarix: 16.02.2022
Paylaş:

17 fevral saat 17:00-da Benjamin Blum “İdrak taksonomiyası” və təlimdə tətbiqi mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.


Qeyd edək ki, tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.