“Baku Skills” müsabiqəsinə qeydiyyat tarixi 28 fevral 2022-ci ilə qədər uzadılıb

Tarix: 23.02.2022
Paylaş:

Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq. “Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və ARTİ-nin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak etmək hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün keçid: https://teknofest.az/az/competitions/competition/6

Sözügedən müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi ilə elektron poçt (innovations@arti.edu.az) vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.