25 fevral saat 17:00-da fizika fənni üzrə “Elektrodinamika” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində fizika müəllimi Namiq Süleymanov çıxış edəcək. O, 2018-ci ildə ARTİ-nin təşkilatçılığı ilə keçirilmiş “İstedadlı şagird üçün istedadlı müəllim” olimpiadasının qalibi olub.
Vebinarın keçirilməsində məqsəd fizikanın elektrodinamika bölməsində müəllimlərin çətinlik çəkdiyi əsas məqamlara toxunmaq və onlara həm elmi, həm praktik üsullarla izahlar verməkdir.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.