Bu gün Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal turu keçirilib

Tarix: 27.02.2022
Paylaş:

Fevralın 27-də cari tədris ili üçün RFO-nun respublika mərhələsinin yarımfinal turu keçirilib.

Yarımfinal turu 7 fənn üzrə Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Xatırladaq ki, RFO-nun rayon (şəhər) mərhələsi yanvarın 22-də keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışıblar. Bu mərhələdə 7099 şagird iştirak etmək hüququ əldə edib.

Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.azwww.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələrində 4 mart tarixindən etibarən elan olunacaq.

Qeyd edək ki, RFO “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.