ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
2 mart saat 17:00-da tarix fənni üzrə “Azərbaycan Atabəylər dövləti” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində 247 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Allahverdiyeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.