“Azərbaycan Atabəylər dövləti” mövzusunda vebinar keçiriləcək

Tarix: 01.03.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

2 mart saat 17:00-da tarix fənni üzrə “Azərbaycan Atabəylər dövləti” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində 247 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Allahverdiyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.