İnformatika fənni üzrə yarımfinal tur keçiriləcək

Tarix: 02.03.2022
Paylaş:

İnformatika fənni üzrə RFO-nun respublika mərhələsinin yarımfinal turu 8 mart 2022-ci il tarixində ölkə üzrə 5 mərkəzdə təşkil olunacaq.

Bakı şəhəri üzrə 2 (Ada Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələr üzrə isə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) keçiriləcək yarımfinal tur aşağı yaş qrupu üzrə saat 10:00, yuxarı yaş qrupu üzrə isə saat 15:00-da başlayacaq. Rayon (şəhər) mərhələsində portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini portal.edu.az saytından, 8-ci sinif şagirdləri isə təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər. İştirakçılardan yarışın başlama vaxtından bir saat əvvəl qeyd edilən mərkəzlərdə olmaları xahiş olunur.

Qeyd edək ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!