MDPİM tərəfindən “Peşəkar ol” layihəsi üzrə təlimlərə start verilib

Tarix: 03.03.2022
Paylaş:

Təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji fakültələrdə təhsil alan bakalavr və magistrlar cəlb olunub.

12 akademik saatlıq təlimlər aşağıdakı mövzuları əhatə edir:
– “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”;
– “Sinfin idarə edilməsi”;
– “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”;
– “Rabitəli nitqin inkişafı”
– “Müəllimin etik davranış qaydaları”.

Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.

Qeyd edək ki, təlimi bitirən iştirakçılara təlimin sonunda ARTİ tərəfindən sertifikatlar təqdim olunacaq