2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.
Müsabiqəyə qeydiyyat 9 mart 2022-ci il tarixində saat 12:00-dan etibarən portal.edu.az platforması üzərindən olacaq. Şagirdlər qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər. Qeydiyyat 14 mart 2022 tarixində saat 18:00-da yekunlaşacaq.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.