MDPİM və Qərbi Kaspi Universitetinin müəllim, tələbələri arasında görüş keçirilib

Tarix: 10.03.2022
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin müəllim və tələbələri arasında görüş keçirilib.

Görüşdə universitetin  “Filologiya və Tərcümə Məktəbi” ixtisası üzrə tələbələrlə MDPİM əmkdaşlarının birgə həyata keçirəcəyi fəaliyyətlər müzakirə edilib.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin müraciəti əsasında universitetin 13 nəfər tələbəsi MDPİM-in müvafiq şöbələrində yerləşdirilməklə təcrübə keçəcəklər. Onlar məktəblərdə aparılan monitorinq və dərsdinləmə proseslərinə cəlb olunacaq, təlim və tədrislə bağlı müxtəlif materialların, metodik vəsaitlərin tərcümə edilməsində yaxından iştirak edəcəklər.

Qərbi Kaspi Universitetinin tələbələri ilə MDPİM-in birgə əməkdaşlığı cari ilin may ayınadək davam edəcək.