Beynəlxalq olimpiadalara seçmə və sınaq imtahanları davam edir

Tarix: 11.03.2022
Paylaş:

7 mart 2022-ci il tarixində biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər arasında növbəti sınaq imtahanı keçirilib.

Həmçinin riyaziyyat fənni üzrə Avropa Qızlar Riyaziyyat Olimpiadasına seçmə imtahanı, yuxarı və aşağı yaş qrupları üzrə isə  səviyyə müəyyən etmə imtahanı təşkil edilib. Yoxlama, şagirdlərin iştirakı ilə yazı işlərinə baxış prosesi (koordinasiya) yekunlaşdıqdan sonra imtahan nəticələri elan ediləcək.

Bütün iştirakçılara uğurlar arzulayırıq !