“Ölçmə” mövzusunda vebinar keçiriləcək

Tarix: 14.03.2022
Paylaş:

16 mart saat 17:00-da “Ölçmə” mövzusunda vebinar keçiriləcək. Vebinarda spiker qismində 155 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq “Ölçmə” bölməsinə dair müxtəlif növ tapşırıqların izahıdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.